Azərbaycan və İtaliya parlament üzvləri ikitərəfli...
17:32 29.04.2025
0
0
0
Aprelin 25-də Beynəlxalq Təlim Aylığı çərçivəsində Naxçıvan Dövlət Universitetində Yıldız Teknik Universitetinin rektor müşaviri, professor Mehmet Engin Deniz universitetin müəllim və tələbə heyəti üçün “Konsultativ psixologiya” mövzusunda maarifləndirici təlim keçirib.
NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonaq professor haqqında iştirakçılara ətraflı məlumat verib. Onun 287 elmi məqaləsi, 16 elmi-tədqiqat layihəsi və 12 kitabının olduğunu diqqətə çatdırıb. O bildirib ki, alimin elmi fəaliyyəti əsasən təhsil psixologiyası, məsləhət və konsultativ psixologiya sahələrini əhatə edir.
Rektor müşaviri, professor Mehmet Engin Deniz konsultativ psixologiyanın nəzəri və praktik əsaslarını, psixoloji yardım prosesində istifadə olunan sistemli və strukturlaşdırılmış metodları izah edib. O həmçinin tələbələrlə işləyən pedaqoqlar üçün faydalı ola biləcək strategiyalardan, müraciət edən şəxslərlə düzgün ünsiyyətin qurulması və onların ehtiyaclarının müəyyən olunmasında psixoloqun rolu barədə danışıb.
Qeyd edək ki, Mehmet Engin Deniz “Azərbaycan Psixoloqlarının I Forumu”nda da plenar çıxışçı olaraq iştirak edib. Qonaq professorun təlimində 220 nəfər iştirakçı yer alıb. İştirakçılar arasında paytaxt Bakıdan, ölkənin digər rayonlarından və muxtar respublika orta məktəblərindən psixoloqlar iştirak ediblər.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə rektor müşaviri Mehmet Engin Denizə təşəkkürnamə təqdim edilib.
Digər xəbərlər