NAXÇIVAN :

20 Iyun 2026, Şənbə

NDU-da professor Məhərrəm Qasımlının kitablarının təqdimatı keçirilib

...

“Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Məhərrəm Qasımlının “Ozan aşıq sənəti və ədəbiyyatı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitablarının təqdimatı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov açaraq Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması və qorunmasında belə nəşrlərin mühüm əhəmiyyət daşıdığını bildirib.
Professor Məhərrəm Qasımlı çıxışında Qərbi Azərbaycanın folklor mühitinin və aşıq sənəti ənənələrinin öyrənilməsinin vacibliyini vurğulayıb, aşıq sənətinin xalqın tarixini və mənəvi dəyərlərini yaşadan mühüm irs olduğunu qeyd edib.
Tədbirdə çıxış edən alimlər Məhərrəm Qasımlının Azərbaycan folklorşünaslığına verdiyi töhfələrdən bəhs edərək onun elmi fəaliyyətini yüksək qiymətləndiriblər.
Bədii hissədə aşıqların ifasında müxtəlif aşıq havaları səsləndirilib, sonda isə xatirə fotosu çəkdirilib.

Nəşr edilib : 19.06.2026 19:34