Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində medi...
19:49 06.05.2025
0
0
0
NAXÇIVAN :
06 May 2025, Çərşənbə axşamı
Hər bir uğurun arxasında zəhmət, əzm və məqsədə doğru inam dayanır. Bu keyfiyyətləri özündə cəmləyən məktəblilərdən biri də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 3-cü sinif şagirdi Aydan Babayevadır. O, balaca yaşlarından qazandığı nailiyyətlərlə məktəbinin və ailəsinin fəxrinə çevrilmişdir. Aydan bir neçə yerli və beynəlxalq müsabiqələrdə iştirak edərək yüksək nəticələr əldə edibdir. O bu il beynəlxalq səviyyədə keçirilən AMO (American Math Olympiad) olimpiasında Azərbaycan üçüncüsü seçilərək bürünc medal qazanıb və Sinqapurda keçiriləcək nüfuzlu olimpiadalarda iştirak edəcək. Bununla yanaşı, iştirak etdiyi Kenquru, sınaq imtahanlarında bir çox medallar ve yüksək nəticələr əldə edib Təhsil Nazirliyinin məktəblər arasında keçirdiyi sınaq imtahanında göstərdiyi yüksək nəticəyə görə təltif olunaraq fəxri fərmanlara layiq görülüb. Öyrənirik ki, Aydan yalnız dərslərində deyil, məktəbin ictimai işlərində də fəaldır. Aydan deyir: “Mən oxumağı çox sevirəm olimpiadalarda, sınaqlarda iştirak etmək məni daha da həvəsləndirir. Qazandığım uğurların təməlində planlı çalışma dayanır. Ən çox sevdiyim fənn ingilisdili fənnidir. Məqsədim gələcəkdə həkim olmaqdır. Mən özümə inanıram ki, gələcəkdə yüksək əzm və çalışqanlıqla bu hədəfimə nail olacam. Və çalışacağam ki, beynəlxalq elmi arenalardan birincilik qazanım”. Aydanın uğurlarının arxasında onun ailəsinin böyük rolu var. Ailəsinin dəstəyi, ona qarşı duyulan sevgi və inam onun yolunda heç zaman tək olmadığını hiss etdirir.
Aydan Babayeva kimi məktəblilər Azərbaycanın parlaq gələcəyinin təcəssümüdür. Onun uğuru bir daha sübut edir ki, istedad, zəhmət və düzgün istiqamətləndirmə nəticəsində hər bir uşaq uğur qazana bilər. Biz də bu istedadlı şagirdə təhsil həyatında uğurlar arzulayırıq.
Bülbül QULİYEVA
Digər xəbərlər