NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanlı karateçilər Türkiyədə uğur qazanıblar

...

1-3 avqust 2025-ci il tarixlərdə Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçirilib. Çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın  idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasından yarışda 3 idmançı iştirak edib. Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub, Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.

Nəşr edilib : 04.08.2025 20:04