Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasında son günlər müşahidə olunan yağışlı hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Yağıntılar nəticəsində bölgənin əsas su mənbələrində sululuq xeyli yüksəlib, çaylarda axının sürəti artıb.
Müşahidələr göstərir ki, dağlıq və dağətəyi ərazilərdən gələn suların həcmi artaraq çaylara əlavə axın formalaşdırıb. Bu isə həm su ehtiyatlarının zənginləşməsinə, həm də ətraf ərazilərdə yaşıllığın canlanmasına müsbət təsir göstərib.
Hazırda çaylarda müşahidə olunan artım təbii mövsümi proses kimi qiymətləndirilir. Bununla belə, mütəxəssislər xüsusilə çay kənarlarında yaşayan vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir.
Qeyd edək ki, yaz mövsümündə yağıntıların intensivləşməsi regionda su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır.
Əhməd Əhmədov
Digər xəbərlər