NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda vergi daxilolmaları 8,3 faiz artıb

...

2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz və ya 4,2 milyon manat çoxdur.
"Şərq qapısı" xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 38,8 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 20,6 faiz və ya 6,6 milyon manat artıb.
Ödənilən vergilərin 71,2 faizi qeyri-dövlət sektorunun, 28,8 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 1,1 milyon manatdan artıq olub.

Nəşr edilib : 15.04.2026 10:18