NAXÇIVAN :

09 May 2026, Şənbə

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

...

Naxçıvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın memarı - Ümummilli Lider Heydər Əliyev” mövzusunda dəyirmi masa təşkil edilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Ali Məclisin deputatları, ziyalılar və gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər. Çıxışlarda Ulu Öndərin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, ölkənin iqtisadi-sosial inkişafındakı rolu və müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb. Qeyd olunub ki, bu uzaqgörən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır.

Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb və muzeyin ekspozisiyası ilə tanış olublar.

Nəşr edilib : 07.05.2026 11:50