“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib. Qəza zamanı "İnfiniti" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada "VAZ 2107" minik avtomobilinin 2 sərnişini - Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri, 1966-cı il təvəllüdlü Eminova Nazilə Ələkbər qızı və 1968-ci il təvəllüdlü Yusifova Piruzə Hüseyin qızı xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər