NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Naxçıvanda peşə təhsili müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub

...

Müsahibə mərhələsində Naxçıvanda peşə təhsili müəssisələrində vakant olan  direktor vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən test imtahanında uğur qazanan 8 namizəd iştirak edib. 

Müsahibə mərhələsində ekspert qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin  əməkdaşları, həmçinin  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin  mütəxəssisi də onlayn qaydada namizədlərin qiymətləndirilməsində iştirak edib.
Bu mərhələdə namizədlərin peşəkarlığı, idarəetmə bacarıqları və strateji yanaşmaları ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq müvafiq meyarlar üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdiriləcək. 
Qeyd edək ki, işə qəbul müsabiqəsinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrindən 3 vakant direktor vəzifəsi çıxarılıb.

Nəşr edilib : 06.05.2025 18:17