NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda növbəti dəfə “SUVAR!” aksiyası keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SUVAR” ekoloji aksiyası növbəti dəfə keçirilib. Budəfəki aksiya Naxçıvan şəhərinin Çənlibel məhəlləsində baş tutub.

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Aksiyada Ekologiya könüllüləri bu dəfə də fəallıq nümayiş etdiriblər. Onlar ağacları suvarmaqla yanaşı, ətrafdakı insanlara da aksiyanın məqsədi barədə məlumat verərək onları dəstəyə və sudan səmərəli istifadəyə dəvət ediblər.  Aksiya çərçivəsində "Tullantıları ekoçantaya dəyiş" təşəbbüsünün də baş tutması diqqətçəkən məqamlardan olub. 

Qeyd edək ki, ekoloji aksiya   Naxçıvan Muxtar  Respublikasında Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aksiyanın davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 08.07.2025 14:39