"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, 2025-ci ilin mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında 29 525 626 kilovat-saat elektrik enerjisi istehsal edilib
- 13 929 379 kilovat-saatı və ya 47,2 %-i istilik elektrik stansiyalarında;
- 9 345 375 kilovat-saatı və ya 31,6 %-i su elektrik stansiyalarında;
- 6 250 872 kilovat-saatı və ya 21,2 %-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilib elektrik şəbəkələrinə ötürülmüşdür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi elektrik enerjisi istehsalında istilik elektrik stansiyalarının payı 14,5 % azalmış, su elektrik stansiyalarının payı 8,9 %, günəş elektrik stansiyalarının payı 5,5 % artmışdır.
Alternativ və bərpaolunan enerji mənbələrində 15 596 247 kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu göstərici ümumi enerjinin 52,8 %-ni təşkil edir.
Digər xəbərlər