Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 26-28 iyun 2026-cı il tarixdə Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda üz-üzə və onlayn formada beynəlxalq konfrans keçiriləcək. “Şərq qapısı” xəbər verir ki, konfransda Əcəmi Naxçıvaninin dövrü və mühiti, memarlıq irsi, mühəndis və xəttat kimi Yaxın Şərq memarlığına təsiri, Naxçıvan memarlıq məktəbi və nümayəndələri, digər istiqamətlər üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, konfransda iştirak etmək üçün məqalələrin göndərilməsi və dəyərləndirilməsi 25 may 2026-cı il tarixədək təqdim olunmalıdır. Konfransa göndərilən məqalələr elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcək. Elmi heyət tərəfindən qəbul edilmiş məqalələr haqqında məlumatlar 31 may 2026-cı il tarixədək iştirakçılara ameanb25@gmail.com ünvanı vasitəsilə bildiriləcəkdir.
Digər xəbərlər