NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 60,1 faiz artıb

...

2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 84 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 57-si qeyri-yaşayış, 27-si isə torpaq sahələrinə dair olub. 64 müqavilənin isə müddəti uzadılıb.
Yanvar-mart ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən, ümumilikdə, 262 min manat vəsait ödənilib. Ötən üç ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz artıb.

Nəşr edilib : 16.04.2026 10:09