Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Naxçıvan Dövlət Kukla Teatrında 27 mart – Beynəlxalq Teatr Günü münasibətilə rus dramaturqu Anton Pavloviç Çexovun əsəri əsasında hazırlanmış “Elçilik” tamaşasının premyerası keçirilib.
Tamaşanın əsas mahiyyəti insan xarakterinin zəifliklərini, eqo, qürur və xırda məişət məsələlərinin böyük mübahisələrə çevrilməsini yumoristik şəkildə göstərməkdir.
Hadisələr bir elçilik – evlilik təklifi zamanı baş verən gülməli mübahisələr üzərində qurulub. İki ailə arasında nikah məsələsi müzakirə olunarkən qəhrəmanlar tez-tez əsəbiləşir, xırda mövzular üstündə mübahisə edir və nəticədə, hadisələr gülüş doğuran vəziyyətlərə çevrilir.
Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev (Stepan Stepanoviç), Əfqanə Ələsgərova (Natalya Stepanovna) və İlqar Babayev (İvan Vasiliyeviç) canlandırıblar.
Səhnə əsərinin quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı isə Çimnaz Gözəlova olub.
Qeyd edək ki, tamaşanın premyerası məhz 27 mart – Beynəlxalq Teatr Günü ilə əlaqədar təşkil olunub və bu əlamətdar gün münasibətilə teatrsevərlər üçün xüsusi bayram ab-havası yaradılıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər