Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb...
14:25 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.
Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:
1. Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin adı dəyişdirilərək Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbi;
2. Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli uşaq musiqi məktəbinin adı dəyişdirilərək Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli incəsənət məktəbi;
3. Naxçıvan şəhər Ərtoğrol Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinin adı dəyişdirilərək Naxçıvan şəhər Ərtoğrol Cavid adına 6 nömrəli incəsənət məktəbi;
4. Şərur şəhər Bəhruz Kəngərli adına uşaq incəsənət məktəbinin adı dəyişdirilərək Şərur şəhər Bəhruz Kəngərli adına İncəsənət məktəbi;
5. Ordubad şəhər uşaq musiqi məktəbinin adı dəyişdirilərək Ordubad şəhər incəsənət məktəbi;
6. Qıvraq qəsəbə uşaq musiqi məktəbinin adı dəyişdirilərək Qıvraq qəsəbə incəsənət məktəbi;
7. Şahbuz rayon uşaq musiqi məktəbinin adı dəyişdirilərək Şahbuz şəhər incəsənət məktəbi;
8. Babək rayon uşaq musiqi məktəbi adı dəyişdirilərək Babək şəhər incəsənət məktəbi;
9. Culfa şəhər uşaq musiqi məktəbinin adı dəyişdirilərək Culfa şəhər incəsənət məktəbi adlandırılıb.
Qeyd edək ki, həyata keçirilən yeniliklər Naxçıvan Muxtar Respublikasında əhalinin artmaqda olan mədəni tələbatının nəzərə alınaraq musiqi məktəblərində uşaq və yeniyetmələrin bacarıq və istedadlarının üzə çıxarılması və potensiallarının aşkar olunmasına xidmət edəcək.
Digər xəbərlər