NAXÇIVAN :

23 Iyun 2025, Bazar ertəsi

Naxçıvanda bir sıra mədəniyyət müəssisələri təmir olunub

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın və investisiya layihələrinin icrası ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin bərpası və təmiri ilə bağlı Naxçıvan Televiziyasına müsahibə verib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Həmin proqramın 2023-2025-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”na əsasən Möminə xatun türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı 13 sentyabr 2024-cü il tarixdə bir mənbə metodundan istifadə etməklə “Atelier Erich Pummer GmbH” ilə müqavilə bağlanılmış və 22-27 sentyabr tarixlərdə şirkətin əməkdaşları tərəfindən Möminə xatun türbəsində ölçmə işləri və müayinələr aparılmışdır. Müqaviləyə uyğun olaraq 11 dekabr 2024-cü il tarixdə şirkət rəhbəri ilə görüş keçirilərək hazırlanan sənədlər təhvil alınıb
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  2025-ci il 22 may tarixli “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar dərhal işlərə başlanılmış, ehtimal olunan qiymət müəyyən olunmuş, birmənbə metodundan istifadə etməklə satınalmanın həyata keçirilməsi üçün müvafiq quruma müraciət edilmişdir. Həmin qurumdan cavab alındıqdan sonra 16 iyun 2025-ci il tarixdə Avstriya Respublikasının “Atelier Erich Pummer GmbH” şirkəti ilə Möminə xatun türbəsinin bərpası və konservasiyası üzrə müqavilə imzalanıb.
İnvestisiya layihələrinin icra vəziyyəti ilə bağlı qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülmüşdür. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı və Kəngərli Rayon Mədəniyyət Sarayının binasının təmiri ilə bağlı “Buta 2014 MMC” ilə 13 dekabr 2024-cü il tarixdə müqavilə bağlanılmışdır. Müqaviləyə uyğun olaraq hər iki binanın dam örtüyü yenilənmiş, həmçinin binaların interyerində təmir işləri aparılıb.

Nəşr edilib : 23.06.2025 17:49