Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvanda Ramazan bayramı ilə bağlı hazırlıqlar davam edir. Muxtar respublikada bayram namazının qılınacağı tarix və saat artıq açıqlanıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov "Şərq qapısı” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, Ramazan bayramının dəqiq tarixi Şəvval ayının hilalının görünməsindən asılı olsa da, böyük ehtimalla martın 20-nə təsadüf edəcək: "Bununla əlaqədar olaraq, bayram namazının da həmin gün saat 09:00-da qılınması nəzərdə tutulur. Bayram namazı Naxçıvan şəhərində yerləşən Heydər məscidi, Sarvanlar məscidi, Cümə məscidi, Pirqəmiş məscidi və Kazım Qara Bəkir Paşa məscidində, eləcə də muxtar respublikanın bütün rayon məscidlərində təşkil ediləcək. Möminlərin bu müqəddəs gündə bir araya gələrək ibadətlərini yerinə yetirmələri üçün müvafiq şərait yaradılacaq".
Əli Orucov, həmçinin fitrə-zəkatı ilə bağlı tövsiyələrini də diqqətə çatdırıb. Bildirilib ki, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi məqsədəuyğun hesab olunur. Vurğulanıb ki, fitrə-zəkatı canın sədəqəsi sayılır və imkanı olan hər bir müsəlmanın ailəsinin hər bir üzvü üçün bu zəkatı çıxarması vacibdir.
Şura sədri qeyd edib ki, fitrə- zəkatının əsas məqsədi cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək, aztəminatlı və ehtiyacı olan ailələrə dəstək olmaqdır. Bu ənənə sayəsində hər kəsin bayram sevincini yaşamasına şərait yaradılır.
Sonda vurğulanıb ki, Ramazan bayramı münasibətilə keçiriləcək ibadətlər və xeyriyyə əməlləri cəmiyyətin mənəvi dəyərlərinin möhkəmlənməsinə, insanlar arasında birlik və bərabərliyin daha da güclənməsinə xidmət edir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər