Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu, Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan şəxslərdən 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı 6 nəfər xəsarət almışdı. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada dünyasını dəyişmişdi.
Xəsarət alan digər 4 nəfər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu,
Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər