NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda baş verən qəzada qadın sürücü ölüb

...

Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü qadın ölüb.
"Şərq qapısı" xəbər verir ki, hadisə Culfa rayonunun Camaldın kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı Culfa şəhər sakini Nəcəfova Gülnar Sakit qızının idarə etdiyi "KIA" markalı, 75-BE-414 dövlət nömrə nişanlı avtomobil ilə Babək rayon Vayxır kənd sakini Məmmədov Rəhim Eldar oğlunun idarə etdiyi DAF markalı, 67-CA-945 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində G.Nəcəfova hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 27.10.2025 19:42