NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda Bahar festivalı keçirilir

...

Martın 20-də Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı başlayıb.
"Şərq qapısı" xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim edilir, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edir.
Eyni zamanda xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunub. Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərir, qonaqlara milli mətbəxin təamları təqdim edilir.
Qeyd edək ki, Bahar festivalı bayram günlərində davam edəcək.

Nəşr edilib : 20.03.2026 11:50