NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda Amnistiya aktı 140 nəfərə şamil olunub

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının Naxçıvanda icrası davam edir.
"Şərq qapısı" xəbər verir ki, Amnistiya aktının icrası bu tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində həyata keçirilib.
Belə ki, Naxçıvanda Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Amnistiya aktı 140 nəfərə şamil olunub. Onlardan 62 nəfər azad olunub, 78 nəfərin cəzası isə 6 ay azaldılıb.
Naxçıvan Muxtar Respublikasında Amnistiya aktının icrasının davamı olaraq probasiya nəzarətində olan 165 nəfər şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Onlardan 11 nəfəri qadındır.

Nəşr edilib : 15.04.2026 10:48