Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji potensialının genişləndirilməsi istiqamətində yeni layihələr icra olunacaq. Burada, ümumilikdə, 50 MVt gücündə “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Yeni stansiyaların istifadəyə verilməsi Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, elektrik enerjisi istehsalında alternativ mənbələrin payının artırılmasına və regionun “yaşıl inkişaf” modelinə keçidinin sürətlənməsinə xidmət edəcək. Layihələr çərçivəsində illik böyük həcmdə elektrik enerjisi istehsalı, təbii qaza qənaət və karbon emissiyalarının azaldılması da gözlənilir. Bərpa olunan enerji layihələri muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, investisiya mühitinin genişlənməsinə və yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.
Əhməd Əhmədov
Digər xəbərlər