Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
Cari ilin 5 ayında muxtar respublikada 4037,5 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.
Əkin strukturu, əsasən, dənli, dənli-paxlalı, dən üçün qarğıdalı, kartof, tərəvəz və bostan bitkilərindən ibarətdir.
Ən çox əkin aparılan bitkilər arasında 1192 hektar sahədə arpa, 616,2 hektar sahədə dən üçün qarğıdalı, 576,4 hektar sahədə kartof, 224 hektar sahədə qarpız və 1034,4 hektar sahədə yonca üstünlük təşkil edib.
Hazırda təkrar yazlıq əkinlər həyata keçirilir.
Digər xəbərlər