“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Aprelin 12-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) verilən sifariş əsasında 110/10 kV-luq “Koroğlu” yarımstansiyası təmirə çıxarılacaq.
RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, bununla əlaqədar olaraq qeyd olunan yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Nəticədə, Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, həmçinin şəhərin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Qeyd edək ki, həyata keçirilən işlər elektrik təchizatının daha da gücləndirilməsi, sistemin dayanıqlılığının artırılması və texniki baxışların aparılması məqsədi daşıyır.
Digər xəbərlər