DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məza...
12:42 09.05.2026
0
0
0
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfrans Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı, YAP Yasamal Rayon Təşkilatı və YAP Nərimanov Rayon Təşkilatının, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən rəsmi şəxslər və ziyalılar Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycançılıq ideologiyasının formalaşdırılması və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsindəki müstəsna xidmətlərini vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın regionun lider dövlətinə çevrilməsini təmin edir.
Tədbir sənədli filmin nümayişi və konsert proqramı ilə yekunlaşıb.
Digər xəbərlər