NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan şəhər işıqlandırmasındakı mövcud problemlər aradan qaldırılır

...

Naxçıvan şəhərinin küçələrində mövcud olan işıqlandırma problemlərinin həlli məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ilin son rübündə yol işıq dirəkləri və onların başlıqlarının alınması ilə bağlı tender elan edilib. 2025-ci ilin yanvar ayının 14-də isə bu tender üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən 650 ədəd yol işıq dirəyi və 300 ədəd işıq dirəyi başlığı alınıb və onların Naxçıvan şəhərinə gətirilməsi prosesinə başlanılıb. Hazırda dirəklərin bir hissəsi şəhərə gətirilib, qalan hissəsinin daşınması isə davam edir.

İlk mərhələdə nümunə olaraq Naxçıvan şəhərinin İstiqlal və İslam Səfərli küçələrində işıq dirəklərinin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, gələcəkdə şəhər ərazisində işıqlandırmanın olmadığı küçə və döngələrdə də yol işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Bu addım nəticəsində Naxçıvan şəhərindəki işıqlandırma problemlərinin bir hissəsi aradan qaldırılacaq və işlər il ərzində mərhələli şəkildə davam etdiriləcək.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 02.08.2025 14:00