NAXÇIVAN :

15 Iyun 2026, Bazar ertəsi

Naxçıvan Şahmat Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirinə start verilib

...

Naxçıvan Şahmat Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinqli turnir keçirilir.
“Şərq qapısı”  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Naxış-Nərgiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən turnir 15-20 iyun tarixlərini əhatə edəcək.
Qeyd edəki ki, yekun nəticələrə əsasən I yerə 300, II yerə 200, III yerə 100 manat pul mükafatı, kubok, medal və diplomlar təqdim olunacaq. Həmçinin 8, 10, 12,14 yaşadək oğlan və qız şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçılar əlavə olaraq 50 manat pul və diplomla mükafatlandırılacaq.

Nəşr edilib : 15.06.2026 11:09