NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında may ayının 5-nə gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, may ayının 5-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin fasilələrlə yağmurlu keçəcəyi, bəzi ərazilərdə isə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyinin sürəti 7-12 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə saatlarında 9-14° isti, gündüz isə 19-24° isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 05.05.2025 10:01