NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında aprel ayının 11-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, 11 aprel tarixində Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu gecə saatlarında 9-14° isti, gündüz isə 18-23° isti olacağı gözlənilir.

Nəşr edilib : 11.04.2025 11:14