NAXÇIVAN :

23 Iyun 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

...

23 iyun Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə "Dövlət qulluqçularının peşə bayramı günü" kimi təsis edildiyini, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun mühüm rolu olduğunu diqqətə çatdırıb və dövlət qulluqçularını  peşə bayramı münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının prokuroru tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş bir qrup dövlət qulluqçusuna qiymətli hədiyyələr təqdim edilib.

Nəşr edilib : 23.06.2025 15:43