Laçın sakini olan zərərçəkmiş şəxs: İşğala qədər b...
20:48 05.05.2025
0
0
0
NAXÇIVAN :
05 May 2025, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Tural Tahir oğlu Məmmədzadə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Tural Tahir oğlu Məmmədzadə 3 yanvar 1998-ci ildə Naxçıvan şəhərində anadan olub.
Ali təhsilini və elmi fəaliyyətini Naxçıvan Dövlət Universitetində davam etdirərək bakalavr və magistratura səviyyələrini iqtisadiyyat sahəsində tamamlayıb. 2021-2024-cü illərdə Ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsili alıb və “Naxçıvan iqtisadi rayonunda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində maliyyə mexanizminin rolunun artırılması istiqamətləri” mövzusunda elmi tədqiqat aparıb.
Əmək fəaliyyətinə "Naxçıvan" Universitetində akademik məsləhətçi kimi başlayan Tural Məmmədzadə daha sonra həmin universitetdə dekan müavini və dekan vəzifələrində çalışıb.
O eyni zamanda Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2024-cü ildən isə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi sistemində fəaliyyətini davam etdirməkdədir.
Tural Məmmədzadə maliyyə sahəsində bir sıra peşəkar sertifikatlara malikdir. O elmi-pedaqoji fəaliyyəti çərçivəsində iqtisadiyyat, maliyyə və idarəetmə istiqamətləri üzrə 14 elmi məqalənin müəllifidir.
Qeyd edək ki, bu təyinatadək Tural Məmmədzadə Uçot siyasəti sektorunda baş məsləhətçi vəzifəsində işləyirdi.
Digər xəbərlər