“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
İyulun 26-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Milli mətbuatın yaradılmasının 150 illik yubileyi münasibətilə mediatur təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, tur çərçivəsində 38 nəfər media nümayəndəsi Ağbulaq İstirahət Mərkəzində ikigünlük yay istirahətinə qatılıb.
İstirahət proqramı çərçivəsində media işçiləri üçün müxtəlif əyləncəli və intellektual tədbirlər keçirilib. Canlı musiqi proqramları, intellektual bilik yarışları, şahmat və stolüstü tennis turnirləri, eləcə də cizgi film personajlarının iştirakı ilə təşkil olunan oyunlar iştirakçılarda maraq və yüksək əhvali-ruhiyyə yaradıb.
Qeyd edək ki, bu cür təşəbbüslər media nümayəndələrinin asudə vaxtının səmərəli keçirilməsi, sosial fəaliyyətlərinin artırılması və peşəkar inkişaflarına dəstək verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Digər xəbərlər