Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antal...
16:04 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə poeziya axşamı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açıb. O, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkəmizdə şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından çıxmış zəngin tarixə söykənir. İpək Yolunun üzərində yerləşən Azərbaycan tarixən ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi tanınıb. Azərbaycan şəhərləri öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərinə görə dünyada seçilib. Azərbaycanın zəngin memarlıq ənənələri hər zaman şairlərimiz üçün ilham mənbəyi olub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yagidar “Poeziya – hisslərin, düşüncələrin, xəyalların dili” adlı mövzu ilə çıxış edərək bildirib ki, müasir poeziya qədim tariximizlə bugünkü tərəqqi arasında körpü rolunu oynayır. Abadlaşan şəhərlərimiz, müasirləşən mühitimiz yaradıcı insanların təxəyyülündə yeni üfüqlər açır. Möminə xatun məqbərəsində bərpa işlərinin aparılması tarixi irsimizə verilən dəyərin təzahürüdür. Şairlərin yaradıcılığında muxtar respublikanın tarixi yerləri, gözəl şəhərləri, təbii gözəllikləri, gölləri, çaylarına həsr olunmuş onlarla şeirə, poemaya rast gəlmək olur. Batabatın bənzərsiz mənzərəsi, Araz çayının, Göygölün saflığı şairlərimizin misralarında tərənnüm edilir. Bu gün biz bu ənənəni qorumaqla yanaşı, müasir dövrün nəfəsini poeziyamıza gətiririk.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Zeyqəm Vüqar, Təranə Arifqızı, Alməmməd Eldaroğlu, Süsən Kərimli, Elxan Yurdoğlu, Fərəc Fərəcov, Məftunə Nur, Səriyyə Əkbərova, Sevinc Azadlı, Aytəkin Dərya mövzu ilə bağlı şeirlərini qiraət ediblər.
Sonda “2026-cı il – "Şəhərsalma və Memarlıq İli” adlı sərgiyə baxış olub.
Digər xəbərlər