Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
09:44 19.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Bəhruz Məmmədov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin əməkdaşı, I dərəcəli hüquqşünas Elvin Hüseynov, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Əziz Qasımov və Türkanə Əliyeva mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər