NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Naxçıvan cüdoçularından daha biri liqa yarışında fərqlənib

...

Bakı şəhərində cüdo üzrə U17 və U14 yeniyetmələr arasında liqa yarışları keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır. 
Yarışlarda Naxçıvan Muxtar Respublikasından 2 məşqçi və 9 idmançının iştirakı qeydə alınıb. Naxçıvan təmsilçilərindən ikisi mükafatçılar sırasına düşüb. 
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızların yarışında 40 kq çəki dərəcəsində çıxış edən Ləman Bağırova gümüş medal qazanmağa müvəffəq olub. Mayın 24-də keçirilən cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında liqa yarışının III turunda isə Yasəmən Əliyeva 57 kq çəkidə bürünc medal qazanıb. Hər iki idmançı Naxçıvan Uşaq-Gənclər və İdman Məktəbinin şagirdləridir.

Nəşr edilib : 25.05.2026 17:15