NAXÇIVAN :

03 May 2026, Bazar

Muxtar respublikada havanın temperaturu 41 dərəcəyə qədər yüksələcək

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Şərq qapısı”na verilən məlumata əsasən Naxçıvan Muxtar Respublikasında havanın temperaturunun 34-39 dərəcə, bəzi yerlərdə isə 41 dərəcə isti olacağı bildirilir.

Qeyd edək ki, bölgələr üzrə Naxçıvan şəhərində 40 dərəcə, Şahbuz rayonunda 38 dərəcə, Şərur rayonunda 41 dərəcə, Culfa rayonunda 40 dərəcə, Ordubad rayonunda 40 dərəcə, Sədərək rayonunda isə 41 dərəcə isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 30.07.2025 17:09