NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri Avropa Siyasi Birliyinin sammiti üçün İrəvana dəvət olunublar

...

Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.

O, dəvətin hələlik şifahi şəkildə göndərildiyini qeyd edib.

Nəşr edilib : 27.10.2025 17:14