NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Milli mədəniyyət Azərbaycan xalqının varlığının, mənəviyyatının və dövlətçiliyinin təməlidir

...

Milli mədəniyyətimizi yaşatmaq, onu gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Müsahibimiz də onlardan biridir. Fatimə Kazım­ova Naxçıvan Musiqi Kollecinin məzunudur və hazırda Bakı Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirir. O əsasən, uşaqlarla işləyir, eyni zamanda universitetdə pedaqoji fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, həm təhsilini davam etdirməsi, həm də praktiki  fəaliyyətini paralel şəkildə inkişaf etdirməsi onun sənətə və müəllimliyə məsuliyyətli yanaşmasının göstəricisidir.
Rəqsə marağı uşaqlıq illərindən formalaşan Fatimə Kazımova bu sahədə qısa müddətli səhnə təcrübəsi də qazanıb, pedaqoji istiqamətə yönəlib. Onun yanaşmasına görə, səhnə təkcə sənətini nümayiş etdirdiyi məkan deyil, həm də insanı formalaşdıran bir məktəbdir. Səhnə intizam, zəhmət, məsuliyyət və özünə inam kimi keyfiyyətləri aşılayır. Bu dəyərlər Fatimə Kazım­ovanın müəllim kimi formalaşmasında və şagirdlərlə iş prosesində əsas prinsiplərdən biridir. Müxtəlif yaş qrupları ilə işləmək, onların  potensialını müşahidə etmək müəllim olaraq məsuliyyəti daha da artırır. O, gənclərin düzgün istiqamətləndirildiyi halda böyük uğurlar qazana biləcəyinə inanır. Fatimə xanım üçün müəllimlik fəaliyyətində ən dəyərli nəticə şagirdlərinin uğurunu görməkdir. Şagirdlərin özlərinə olan inamlarının artması, qazandıqları bilik və bacarıqları gündəlik həyatlarında tətbiq etmələri onun əməyinin qarşılığı hesab olunur. Onun fikrincə, uğura aparan yol zəhmət və səbirdən keçir və bu keyfiyyətlər hər bir gəncin həyatında həlledici rol oynayır. Fatimə Kazımovanın    fəaliyyəti bir daha göstərir ki, gənclər düzgün istiqamət və məqsədlə həm sənətdə, həm də təhsildə cəmiyyət üçün dəyər yarada bilirlər.
Bugünkü müsahiblərimiz Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələrdə xidmət göstərən, işini vicdanla və sevərək yerinə yetirən gənclərdən bir neçəsidir. Biz onların simasında bir daha gördük ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki Azərbaycan gəncliyi öz Vətəni və dövləti ilə fəxr edir, qürur duyur, işlədiyi sahədə elinə-obasına xidmət etməyə canla-başla çalışır. 

Zəhra VƏLİYEVA



 

Nəşr edilib : 02.02.2026 19:37