“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı çıxışında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xüsusi vergi güzəştlərinin nəzərdə tutulduğunu bildirib və önəmli bir məsələyə toxunub.
“Şərq qapısı” xəbər verir ki, bunu nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib.
Təklif olunan güzəştlər Naxçıvanda sahibkarlıq mühitinin canlanmasına, iqtisadi aktivliyin artmasına və regionun investisiya cəlbediciliyinin yüksəlməsinə xidmət edəcək. Nazir həmçinin nağdsız əməliyyatların stimullaşdırılması və vergi siyasətində digər yumşalmaların biznesə əlavə dəstək verəcəyini vurğulayıb.
Digər xəbərlər