NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Məktəb kitabxanaçıları üçün təlim keçirilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin kitabxana müdirləri və kitabxanaçıları üçün  təlim keçirilib. 
Təlimdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə  müdiri Aysel Musayeva, Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının direktor müavini Aysu Rəsulzadə   iştirakçılara “Kitabxana idarəçiliyi və resursların təşkili”,  “Təhsil müəssisəsində oxu mədəniyyətinin formalaşdırılması və  təbliği”, “Pedaqoji heyətin, şagirdlərin,  valideynlərin kitabxanalardan səmərəli istifadəsi ilə bağlı effektiv fəaliyyətin qurulması” və digər  mövzularda məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb. 
 Təlimdə 206 kitabxana müdiri və kitabxanaçı iştirak edib.  
Qeyd edək ki, təlimin təşkilində məqsəd məktəb kitabxanaçılarının peşəkar bilik və bacarıqlarını artırmaq, onların kitabxanada müasir idarəetmə qaydalarına yiyələnməsini təmin etmək, şagirdlərin oxu vərdişlərinin inkişafında kitabxanaların rolunu gücləndirməkdir.

Nəşr edilib : 28.02.2025 18:19