Naxçıvanda sertifikatlaşdırma prosesinin keçirildi...
12:55 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
"Bugünkü forumun çox önəmli olduğunu düşünürəm. Vətəndaş cəmiyyətlərinin, ora qatılan gənclərin, iştirak edən hər bir üzvün şəxsi inkişafına böyük töhfə verdiyini hesab edirəm. Cəmiyyətlərimizin problemləri var. Bəli, dövlətin mövqeyi çox önəmlidir, dövlət qurumları çox önəmlidir, amma biz bu problemləri təkcə dövlət qurumları olaraq həll edə bilmərik. Bu baxımdan biz vətəndaş cəmiyyəti təşkilatları adlandırdığımız dərnəklərin, fondların və ya fərqli statusa malik təşkilatların cəmiyyətlərə çox ciddi töhfələri olacaq".
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Türkiyənin “Yaşılay” Təşkilatının Baş katibinin müavini Mehmet Güllüoğlu deyib.
O qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri və aidiyyəti qurumlar bir araya gəldi: "Bizim bir-birimizə öyrədə biləcəyimiz və bir-birimizdən öyrənəcəyimiz çox şey var. Birlikdə görə biləcəyimiz çox işlər var. Cəmiyyətlərimizin zəif təbəqələri mövcuddur: əlillər var, yaşlılar var, uşaqlar var, qadınlar var. Cəmiyyətin çoxlu fərqli təbəqələri var. Bu problemləri bizim bir araya gələrək müzakirə etməyimiz lazımdır".
"Türk dövlətləri olaraq bizim ortaq adətlərimiz, ortaq dillərimiz, ortaq ənənələrimiz var. Biz bir ailənin üzvüyük. Ona görə də bu ortaq bağlarımızı ortaq həll yolları yaradaraq daha da gücləndirməyimiz vacibdir. Ümid edirəm ki, bu gün yaradılan yeni platforma bizim bir araya gələrək yeni həllər tapmağımıza və daha sıx əməkdaşlıq etməyimizə imkan yaradacaq. Vətəndaş cəmiyyəti qurumları bu əməkdaşlıq üçün mühüm platformalardır",– deyə Mehmet Güllüoğlu əlavə edib.
Digər xəbərlər