Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
Medianın İnkişafı Agentliyi Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, mövcud şəraitdə cəmiyyətdə çaşqınlıq yarada biləcək intensiv informasiya axını müşahidə olunur və dezinformasiya riskləri yüksək olaraq qalır. Bu baxımdan bütün media subyektləri yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırılıb.
Agentlik jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa, cəmiyyətdə təşviş doğura biləcək paylaşımlardan çəkinməyə səsləyib.
Qeyd olunub ki, həssas informasiya mühitində məsuliyyətli və peşəkar media fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Digər xəbərlər