150 yaşlı maarifçilik, azad söz, müstəqil mətbuat ...
23:57 02.05.2025
0
0
0
Mayın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), "Şərq qapısı" qəzeti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), "Şərq qapısı" qəzetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Naxçıvan Mətbuat Şurasının və informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, media nümayəndələri, o cümlədən Naxçıvan Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Gülxanım Orucova, "Şərq qapısı" qəzetinin baş redaktor müavini Məmməd Babayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov giriş nitqi ilə çıxış edərək söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri, ölkəmizdə və muxtar respublikada söz və mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlər barəsində danışıblar.
Sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İlhamə Novruzova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Ombudsman aparatının əməkdaşı Elnarə Hüseynova və “Şərq qapısı” qəzetinin əməkdaşı Aidə İbrahimova mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər