NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Ana və uşaq sağlamlığı sahəsində çalışan tibb işçilərinin bilikləri artırılır

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə hamilə və zahı qadınlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə maarifləndirici təlimlər davam edir.
Növbəti təlim Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Tədbirdə hamilələrin erkən qeydiyyatının əhəmiyyəti, hamiləlik dövründə müşahidə qaydaları, mamaların bu prosesdə rolu, eləcə də gələcək analara göstərilən tibbi və psixoloji dəstək məsələləri müzakirə olunub.
Çıxışlarda vurğulanıb ki, hamiləlik dövründə müntəzəm tibbi nəzarətin təmin edilməsi ana və körpə üçün yarana biləcək risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirici təlimlərin növbəti mərhələləri Culfa Regional Tibb Mərkəzi və Babək Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.

Nəşr edilib : 02.06.2026 18:23