NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq

...

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.

Nəşr edilib : 28.10.2025 10:09