NAXÇIVAN :

12 Iyun 2025, Cümə axşamı

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

...

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və daşqın olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 11.06.2025 14:53