NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında güclənir

...

Aprelin 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.
"Şərq qapısı" xəbər verir ki, düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Xızıda 17 m/s-dək güclənir.
Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Nəşr edilib : 19.04.2026 12:47