Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu. Milli Konstitusiyamız insan və vətəndаş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi.
Ulu Öndər qeyd edirdi: “Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. Azərbaycan Respublikasında demokratik, hüquqi dövlətin qurulmasını təmin edəcəkdir, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir”. Bəli, bu gün qətiyyətlə deyə bilərik ki, otuz yaşlı milli Konstitusiyamız Əsas Qanun kimi milli dövlətçiliyimizin inkişafında, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır.
İnsаn və vətəndaş hüquq və аzаdlıqlаrı Kоnstitusiyа hüququnun əsаs institutlаrındаn biridir. Ona görə də Konstitusiyamızda insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit etmişdir. Bеlə ki, Kоnstitusiyаnın 1/3 hissəsi, 24-71-ci maddələrini əhatə edən ikinci bölməsi əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr edilmişdir.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə hüquqi dövlət quruculuğuna və insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq insan hüquqları standartlarına uyğunlaşmasına təkan vermişdir.
“Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrdən biri hesab etməlidir”, – deyən Ulu Öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasını Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Onun rəhbərliyi dövründə insan hüquqlarının müdafiəsi sahəsində bir sıra fundamental islahatlar və hüquqi bazanın təkmilləşdirilməsi həyata keçirilmişdir. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizdə mətbuat azadlığının gücləndirilməsi üçün 1998-ci ildə senzura ləğv edildi, siyasi partiyaların fəaliyyətinə şərait yaradıldı və azad seçkilərin keçirilməsi və vətəndaşların siyasi iştirakçılığının artırılması üçün hüquqi baza formalaşdırıldı.
Ölkəmiz “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”yə, “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”a, “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”a, Avropa İnsan Hüquqları Konvensiyasına qoşuldu və 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi. Bu addım isə ölkəmizdə insan hüquqlarının qorunması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaratdı. Bu siyasət sonrakı dövrlərdə də davam etdirilmişdir.
Ümummilli Lider Heydər Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə ölkəmizdə insan hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edildi. Bu institutun da əsas məqsədi insan hüquqlarının qorunması və pozulmuş hüquqların bərpasına kömək etməkdən ibarətdir.
Konstitusiyamıza nəzər salanda görürük ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi insan ləyaqətinə və ona hörmətə əsaslanır. Belə ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz kimi təbii hüquq və azadlıqlarına Əsas Qanunumuz təminat verir. Bu hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, bu hüquqlardan sui-istifadəyə yol verilmir. Bəli, insan hüquqları təbiidir və bu hüquqları insandan heç kim ala bilməz. Və bu hüququn ayrılmazlığı onun toxunulmazlığında ifadə olunur. Verilmiş azadlıq anlayışı isə insan davranışının həddini müəyyən edir. Konstitusiyada insan hüquq və azadlıqları isə elə müəyyən olunmuşdur ki, hər kəsin hüquq və azadlıqları qorunsun. Ulu Öndər qeyd edirdi ki, “...respublikada bütün azadlıqlar elan olunmuşdur. Ancaq bu şəraitdə, demokratiya, siyasi plüralizm şəraitində həmin azadlıqlardan doğru və düzgün istifadə etmək lazımdır”.
Hər bir demokratik cəmiyyətdə insan hüquq və azadlıqları bərarbərlik prinsipinə əsaslanır və qanunvericiliklə qorunur. Bu hüquq insan ləyaqətinin müdafiəsi və cəmiyyətin ədalətli idarə olunması üçün fundamental prinsiplərdən biridir. Tarixboyu insanlar bərabərlik uğrunda mübarizə aparmışlar. Ölkə Konstitusiyası vətəndaşların bərabər hüquqlara malik olmasını təmin edərək insan hüquq və azadlıqlarının qorunmasına zəmanət verir. Belə ki, Konstitusiyaya əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Yəni hər kəs hüquqi imkanlardan bərabər istifadə edir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bu isə ölkəmizdə gender bərabərliyinin təmin edilməsini tam olaraq əhatə edir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Ölkəmizdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qəbul olunmuş qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Heç kəsə göstərilən bu əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Konstitusiyanın müddəalarına əsasən sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
İnsan cəmiyyətin ali dəyəri, yaşamaq isə onun ayrılmaz təbii hüququdur. Bu müddəa insan hüquqları haqqında bütün beynəlxalq aktlarda, o cümlədən bütün dünya dövlətlərinin əsas qanunlarında, konstitusiyalarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunur ki, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri ölüm cəzasının ləğvi olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il fevral ayının 10-da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Ulu Öndərin dediyi kimi: “Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycanın dövləti humanist siyasət aparan bir dövlətdir”. Bu addım isə Azərbaycan dövlətinin humanist və demokratik mahiyyətini, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir.
Ümumdünya İnsan Hüquqları haqqında Bəyannamədə qeyd olunur: “Bütün adamlar öz ləyaqət və hüquqlarına görə azad və bərabər şəkildə doğulurlar”. Konstitusiyamızda isə qeyd olunur ki, hər kəsin azadlıq hüququ vardır. Bəli, azad cəmiyyətdə şəxsi azadlıq mümkündür. Ulu Öndər qeyd edirdi: “İnsan gərək sərbəst olsun, insan gərək fikri ilə azad olsun. Biz bu azadlıqların, sərbəstliklərin hamısını Konstitusiyada elan etmişik. Prezident kimi mən bunları təmin edirəm. Ona görə də insanın hüququnu, şəxsi fikrini zorla dəyişdirmək olmaz.” Azadlıq hüququ isə cəmiyyətin sosial-iqtisadi əsasları ilə müəyyən edilir və yalnız qanunla müəyyən edilmiş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktda deyilir ki, hər bir insanın, öz ölkəsi də daxil olmaqla hər hansı bir ölkəni tərk etmək hüququ vardır.
Yaşamaq insana məxsus ali bir hüquqdur. Digər hüquqlar isə yaşamaq hüququ üzərində formalaşır. Hər kəsin təhlükəsiz yaşamaq hüququ isə Konstitusiyada təsbit olunmuş şəxsi hüquqlar içərisində xüsusi yer tutur. Bu hüquq insanın ayrılmaz təbii hüququ və onun azadlığının tərkib hissəsi olmaqla şəxsin azadlığının və toxunulmazlığını hər cür qəsdlərdən qorumaqda ifadə olunur. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Təhlükəsiz yaşamaq hüququnun təmin olunmasının xüsusi forması ilə qanunvericilik tənzimlənir. İctimai təhlükəsizliyin və ictimai qaydanın qorunması vəzifəsi isə başlıca olaraq hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Zəruri hallarda isə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxslərin şəxsi mühafizəsi üçün təhlükəsizlik tədbirləri keçirilir. Ulu Öndər qeyd edirdi: “İnsan hüquqlarının müdafiəsi dövlət fəaliyyətinin təməl prinsiplərindən biridir”. Demək olar ki, Azərbaycan Respublikasının qanunvericiliyi, bütövlükdə, inanların təhlükəsiz yaşamasını təmin etməyə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şəxsi toxunulmazlıq hüququna zəmanət verir. Yəni hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu hüquq insan fəaliyyətinin ailə, məişət münasibətlərində həyat tərzini əhatə edir. Həmçinin hər bir şəxsin toxunulmazlığına bir sıra Konstitusiya müddəaları ilə təminat verilir. Ulu Öndərin qeyd etdiyi kimi: “İnsanın daxili dünyası, onun dünyagörüşü, onun təhsili, elmi, mədəniyyəti, onun varlığını və daxili aləmini müəyyən edən bir çox amillər, o cümlədən onun hüquqları cəmiyyət tərəfindən daim qorunmalıdır”.
Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
Demokratik cəmiyyət, insan hüquq və azadlıqlarından söz düşəndə söz və mətbuat azadlığı məsələsi daha çox önə gəlir. Ulu Öndər qeyd edirdi: “Fikir müxtəlifliyi təbii hadisədir”. Ölkə Konstitusiyası isə hər kəsin fikir və söz azadlığına təminat verir. Fikir və söz azadlığı insanın təbii ayrılmaz hüququdur. Bu elə bir hüquqdur ki, bunsuz şəxsiyyət azadlığı və azad cəmiyyət təmin oluna bilməz. Söz azadlığı da, öz növbəsində, demokratiyanın əsas əlamətidir. Və heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Çünki Ulu Öndər öyrədirdi ki, “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır”.
Bu gün qətiyyətlə demək olar ki, ölkəmiz dahi liderin uzaqgörən, müdrik qərarları sayəsində bu sahədə də çox böyük uğurlara nail olub. “Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir”, – deyən Ulu Öndərimizin məqsədəuyğun tədbirləri sayəsində ölkəmizdə söz azadlığı istiqamətində dünyəvi dəyərlərə, demokratik göstəricilərə nail olunub. Demokratik cəmiyyət, insan hüquq və azadlıqlarından söz düşəndə söz və mətbuat azadlığı məsələsi daha çox önə gəlir. Məmnunluqla demək olar ki, ölkəmiz dahi öndərin uzaqgörən, müdrik qərarları sayəsində bu sahədə də çox böyük uğurlara nail olub.
“Azərbaycan dövləti öz vətəndaşları üçün Konstitusiyada təsbit olunmuş bütün azadlıqların, o cümlədən vicdan azadlığının təmin edilməsini öz siyasətinin əsas tərkib hissəsi hesab edir. Azərbaycanda formalaşmış dövlət-din münasibətləri beynəlxalq aləmdə bu sahədə səmərəli və əlverişli model kimi qəbul edilir”, – deyirdi Ulu Öndər. Vicdan azadlığına Azərbaycan Konstitusiyası yüksək təminat verir. Hər kəsin vicdan azadlığı vardır. Bu azadlıq insanın düşünmək və öz əqidəsinə uyğun olaraq davranış hüququdur. Əxlaqi mənada isə vicdan azadlığı öz əqidəsinə uyğun olaraq insanın düşünmək və davranmaq hüququdur. Ulu Öndər qeyd edirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq, həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. “Qurani-Şərif”in bizə verdiyi tövsiyələr, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”, – deyirdi Ulu Öndər. Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycanda dini sabitlik möhkəmləndi.
Azərbaycan Konstitusiyası media azadlığına təminat verir. Konstitusiyada təsbit olunmuş məlumat azadlığı hüququ şəxsi hüquq və azadlıqlarımız içərisində xüsusi yer tutur. Yəni hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Mediada dövlət senzurası qadağandır. Hər kəsin mediada dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Ulu Öndərimiz deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”.
Azərbaycan Konstitusiyası hər bir şəxsin yaradıcılıq azadlığına təminat verir. Ölkəmizdə hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Ümumiyyətlə, yaradıcılıq azadlığı demokratiyanın insanlara bəxş etdiyi əsas nemətlərdən biri hesab olunur. Və bu azadlıq heç də hüquq qaydalarının və normalarının tələblərindən azad olmaq demək deyil. Elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi dövlət siyasətinin istiqamətləridir. Yaradıcılıq azadlığı haqqında Ümummilli Lider Heydər Əliyev bir çox çıxışlarında dərin və düşünülmüş fikirlər səsləndirmişdir. O, hər zaman söz, fikir və yaradıcılıq azadlığını milli inkişafın, mədəni yüksəlişin və ictimai tərəqqinin əsas şərtlərindən biri kimi qiymətləndirib.
Əbədi müstəqillik tarixi yazan Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və Azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Ulu Öndərin böyük fəaliyyətinin nəticəsidir. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Sonda əminliklə ifadə etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına yüksək təminat verir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təsvir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
Ümummilli Lider ölkəmizdə qanunun aliliyini hər şeydən üstün tutaraq qanunlarımıza əməl etməyin hər bir kəsin ən ümdə borcu olduğunu bildirirdi: “Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Digər xəbərlər