"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının icrası diqqət mərkəzində saxlanılır.
Culfa şəhər uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi Ruhiyyə Abbasovanın I sinif şagirdi Nur Abuzərlinin solo konserti keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Sahib Əliyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır.
Sonra Nur Abuzərlinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib
Solo konsert tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər