NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

...

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

"Şərq qapısı" xəbər verir ki, Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun martın 2-nə təyin olunmuş iclasında baxılacaq.

Nəşr edilib : 09.02.2026 16:42